Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 88 nəfər müalicə olunaraq sağalıb, 213 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 338 min 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 200 nəfər müalicə olunaraq sağalıb, 4 min 991 nəfər vəfat edib. Aktiv xəstə sayı 1992 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 905 min 500 test aparılıb. Bugünkü test sayı isə 10 min 817-dir.