logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 734 mini ötüb

16:56 16-07-2021 | icon 3332
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 734 mini ötüb

İyulun 16-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 40 min 774 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 18 min 123, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 22 min 651 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 283 min 501-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 548 min 890, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 734 min 611 nəfərdir.