logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 711 mini ötüb

17:35 15-07-2021 | icon 3542
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 711 mini ötüb

İyulun 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 41 min 733 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 17 min 994, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 23 min 739 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 242 min 727-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 530 min 767, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 711 min 960 nəfərdir.