“Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı kilometrlik hissəsində “Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq mayın 10-da saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
Sürücülərə həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.