logo

Azərbaycandadaha 199 nəfər  koronavirusa yoluxdu, 2 nəfər öldü

17:17 15-07-2021 | icon 3528
Azərbaycandadaha 199 nəfər  koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 74 nəfər müalicə olunaraq sağalıb, 199 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 337 min 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 20 nəfər müalicə olunaraq sağalıb, 4990 nəfər vəfat edib. Aktiv xəstə sayı 1791 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 886 min 55 test aparılıb. Bugünkü test sayı isə 9093-dür.