logo

 “Azeri Light” 78 dollaradək bahalaşıb

11:07 10-05-2018 | icon 2457
 “Azeri Light” 78 dollaradək bahalaşıb

Dünya birjalarında neftin qiyməti artmaqda davam edir.

YeniAvropa xəbər verir  ki,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,99 dollar bahalaşaraq 77,84 dollar təşkil edib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar artaraq 77,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,57 dollar bahalaşaraq 71,71 dollar olub.