Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda COVID-19-un "delta" variantının aşkarlanmasına münasibət bildirib.
YeniAvropa xəbər verir ki, R.Bayramlı vətəndaşları son dərəcə diqqətli olmağa və birliyə çağırıb:
"Ölkəmizdə aşkar olunan COVID-19 virusunun "Delta" və digər variantlarının normal həyata qayıtmağımızın önündə əngəl olmaması üçün vaksinasiya prosesində aktiv iştirak etməliyik. Güc birlikdədir".
Qeyd edək ki, Səhiyyə Nazirliyi ilə İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatına görə, son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.