Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.
YeniAvropa xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və yaxınları Fəxri xiyabana gəliblər. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.