Azərbaycanda koronavirus infeksiyasından daha 40 nəfər müalicə olunaraq sağalıb, 69 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər ölüb.
Hazırkı dövrədək ölkəmizdə 337 min 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 802 nəfər müalicə olunaraq sağalıb, 4987 nəfər vəfat edib. Aktiv xəstə sayı 1534 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 858 min 551 test aparılıb. Bugünkü test sayı isə 6271-dir.