Dünya Limanlar Konfransı çərçivəsində Bakı Konqres Mərkəzində sərgi təşkil edilib
Mayın 9-da Bakıda öz işinə başlayan Dünya Limanlar Konfransı (IAPH Baku 2018) çərçivəsində Bakı Konqres Mərkəzində sərgi təşkil edilib. YeniAvropa xəbər verir ki, Beynəlxalq Limanlar Assosiasiyasının icraçı direktoru Patrik Verxoven, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, konfransın digər iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə konfransın təşkilatçıları olan şirkətlər öz məhsul və xidmətlərini təklif edirlər. Həmçinin burada İpək Yolu və “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri, dünyanın nəhəng limanları barədə ətraflı məlumat verilir. Dünya Limanlar Konfransına gələn il ev sahibliyi edəcək Çinin Quanco şəhəri və “Port of Guangzhou” barədə stend də sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.