logo

Azərbaycanda daha 156 nəfər koronavirusa yoluxdu

16:56 11-07-2021 | icon 3122
Azərbaycanda daha 156 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus infeksiyasından daha 37 nəfər müalicə olunaraq sağalıb, 156 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,son sutkada koronavirusdan ölüm halı baş verməyib.

Hazırkı dövrədək ölkəmizdə 337 min 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 762 nəfər müalicə olunaraq sağalıb, 4984 nəfər vəfat edib. Aktiv xəstə sayı 1508 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 852 min 280 test aparılıb. Bugünkü test sayı isə 10 min 144-dür.