"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC dostluq və əməkdaşlıq barədə 4 anlaşma memorandumu imzalayıb.
YeniAvropa xəbər verir ki, memorandum Bakı Limanı ilə Çinin "Lianyunqanq" Liman Holdinqlər Qrupu, "COSCO" Shipping Lines" MMC şirkəti və Quancou Limanı Administrasiyası arasında, həmçinin Hindistanın Mumbai Limanı ilə Bakı Limanı arasında da anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimi Bakıda keçirilən Dünya Limanlar Konfransı (IAPH Baku 2018) çərçivəsində həyata keçirilib.