Azərbaycanda koronavirus infeksiyasından daha 62 nəfər müalicə olunaraq sağalıb, 174 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 336 min 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 668 nəfər müalicə olunaraq sağalıb, 4982 nəfər vəfat edib. Aktiv xəstə sayı 1312 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 831 min 673 test aparılıb. Bugünkü test sayı isə 9947-dir.