Bakıda Dünya Limanları Konfransı keçirilir
Mayın 9-da Bakıda Dünya Limanlar Konfransı (IAPH Baku 2018) öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, konfransın açılışında çıxış edən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Port and Harbors - IAPH) prezidenti Santiaqo Qarsiya Mila Bakının qədim İpək yolunun mərkəzində yerləşdiyini deyib. Bildirib ki, konfransın da bu şəhərdə keçirilməsi təsadüfi deyil. Həmçinin Bakı konfransı bu regionda Beynəlxalq Limanlar Assosiasiyasının keçirdiyi ilk tədbirdir. O, konfransın Azərbaycanın nəqliyyat və logistika imkanlarının tanıdılması baxımından əhəmiyyətini qeyd edib.
"DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim bildirib ki, Bakı Limanı Dünya Limanlar Konfransına möhtəşəm ev sahibliyi edir. Bu tədbirin Bakıda keçirilməsi mühüm hadisədir. Son dönəmlər Azərbaycanın logistika sahəsində atdığı vacib addımlar, həyata keçirilən beynəlxalq layihələr, Bakı Limanında görülən əhəmiyyətli işlər bu tədbirin məhz Bakıda keçirilməsinin önəmli hadisə olduğunu göstərir: "Bakıda keçirilən Dünya Limanlar Konfransı limanlar arasında əlaqələrin inkişafı baxımından mühüm platformadır. Burada iştirak edən dünya limanlarının rəhbər və nümayəndələri gələcək fəaliyyətləri ilə bağlı diskussiyalar apara və əməkdaşlıq yarada bilərlər".
Konfransda çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, Bakı Limanı və Beynəlxalq Limanlar Assosiasiyası tərəfindən təşkil olunan, dünyanın 65 ölkəsinin nümayəndələrinin iştirak etdiyi bu nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün çox xoşdur: "Ölkəmiz bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Sidney, Los-Anceles, Hamburq, Panama, Bali və sair kimi böyük liman şəhərlərinin ev sahibliyi etdiyi bu konfransın 2018-ci ildə məhz Bakı şəhərində keçirilməsi ölkəmiz üçün mötəbər hadisədir”.
Nazir qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpası Azərbaycanın tranzit potensialının artırılmasına zəmin yaradıb: "Azərbaycanda innovativ texnologiyalara əsaslanan dayanıqlı nəqliyyat sistemi formalaşdırılır. Mövcud nəqliyyat kompleksinin rəqabət qabiliyyətinin artırılması məqsədilə bu sahədə zəruri islahatlar aparılır, idarəetmə təkmilləşdirilir. Ölkə ərazisində yüklərin qəbul edilməsində və daşınmasında yük həcmlərinin artırılması məqsədilə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilib. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan yaradır. Həmçinin yeni liman Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı genişləndirməyə, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli şərait yaradır.
"Artıq 2018-ci ilin sonlarından etibarən yükdaşıyıcılar yeni Bakı Limanının müasir informasiya kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerinin və limanlara çatma vaxtını müşahidə edə biləcəklər", - deyə R.Quluzadə bildirib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nın ev sahibliyi etdiyi Dünya Limanları Konfransına rekord sayda nümayəndə heyəti qatılıb. Belə ki, dünyanın aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Filippin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla dünyanın 65 dövlətindən beynəlxalq limanların, biznes icmasının, gəmiçilik və logistika üzrə iri şirkətlərin 400-dən çox nümayəndəsi Dünya Limanları Konfransında iştirak edir.
Konfransa “DP World”un sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, İndoneziyanın ən böyük liman korporasiyası “IPC”in prezidenti Elvin Masassaya, Triyest limanının prezidenti Zeno-d`Aqostino, Avstraliyanın “New South Wales” (sabiq Sidney Port Korporasiyası) baş direktoru Qrant Qilfilan, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usmanın və sair yüksək rütbəli qonaqlar da qatılıb.
Qeyd edək ki Beynəlxalq Limanlar Assosiasiyasının 2016-cı ildə Panamada keçirilən illik konfrans zamanı Direktorlar Şurası yekdilliklə 2018-ci il üçün Dünya Limanları Konfransının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul etmişdir. Mənzil qərargahı Tokio şəhərində olan IAPH 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los Anceles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama və 2017-ci ildə Bali kimi böyük liman şəhərlərində keçirilib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb