logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 514 mini ötüb

19:57 07-07-2021 | icon 4543
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 514 mini ötüb

İyulun 7-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 55 min 169 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 24 min 211, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 30 min 958 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 910 min 624-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 396 min 007, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 514 min 617 nəfərdir.