logo

İranın Azərbaycan vasitəsilə apardığı ixrac əməliyyatlarının həcmi 154 faiz artıb

17:36 08-05-2018 | icon 2667
İranın Azərbaycan vasitəsilə apardığı ixrac əməliyyatlarının həcmi 154 faiz artıb

Ötən ay ərzində İrandan Azərbaycan vasitəsilə 60 min ton mal ixracı əməliyyatı həyata keçirilib. YeniAvropa xəbər verir  ki, bu barədə İranın Baş Gömrük İdarəsinin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunub ki, 60 min tonluq ixrac əməliyyatı Astara gömrük-keçid məntəqəsi vasitəsilə həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 154 faiz çoxdur.

İxracatın məbləği isə 32 milyon dollar dəyərində qiymətləndirilir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 132 faiz artımın olmasını deməyə əsas verir.

İxrac edilən mallar əsasən kənd təsərrüfatı məhsulları, tikinti materialları, geyim əşyaları, kimyəvi maddələr və plastmas mallardır.

Məlumatda bildirilir ki, həmin mallar Azərbaycana, eləcə də Azərbaycandan keçməklə Rusiya və Gürcüstana ixrac edilib.