logo

Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxdu

18:48 05-07-2021 | icon 4123
Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus infeksiyasından daha 33 nəfər müalicə olunaraq sağalıb, 62 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, sutka ərzində koronavirusdan ölən olmayıb. 

Hazırkı dövrədək ölkəmizdə 336 min 479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 466 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib. Aktiv xəstə sayı 1035 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 793 min 040 test aparılıb. Bugünkü test sayı isə 5951-dir.