Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması gələn ildən həyata keçiriləcək
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun sərnişin vaqonları Azərbaycana gələn il təhvil veriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, BTQ ilə sərnişin daşınması da gələn ildən həyata keçiriləcək.