Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə ötən gün lisenziyası ləğv olunmuş “DəmirBank” ASC İdarə Heyətinin sədri Fərid Abuşov bankın bağlanması ilə bağlı şərh verməkdən imtina edib.
YeniAvropa xəbər verir ki, o, jurnalistlərlə söhbətində yalnız bunları deyib: “Bununla bağlı yanaşma müxtəlif ola bilər. Bu qərarın tələsik və yaxud gecikmiş olduğu deyilə bilər, yəni hər şey nisbidir. Amma hər halda mövcud vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu. Başqa heç bir şərh vermək istəmirəm”.