logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 447 mini ötüb

19:26 04-07-2021 | icon 3913
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 447 mini ötüb

İyulun 4-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 52 min 317 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 23 min 214, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 29 min 103 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 792 min 764-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 345 min 77, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 447 min 687 nəfərdir.