logo

Azərbaycanda daha 99 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

18:55 04-07-2021 | icon 3927
Azərbaycanda daha 99 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 53 nəfər müalicə olunaraq sağalıb, 99 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 336 min 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 433 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib. Aktiv xəstə sayı 1006 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 787 min 89 test aparılıb. Bugünkü test sayı isə 8679-dur.