logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 418 mini ötüb

17:11 03-07-2021 | icon 4060
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 418 mini ötüb

İyulun 3-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 69 min 718 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 31 min 55, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 38 663 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 740 min 447-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 321 min 863, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 418 min 584 nəfərdir.