logo

Azərbaycanda daha 95 nəfər koronavirusa yoluxdu

16:46 03-07-2021 | icon 6510
Azərbaycanda daha 95 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus infeksiyasından daha 42 nəfər müalicə olunaraq sağalıb, 95 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, son sutkada koronavirus infeksiyasından ölən olmayıb.

Hazırkı dövrədək ölkəmizdə 336 min 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 380 nəfər müalicə olunaraq sağalıb, 4977 nəfər vəfat edib. Aktiv xəstə sayı 961 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 778 min 410 test aparılıb. Bugünkü test sayı isə 10428-dir.