logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 380 minə çatır

18:36 02-07-2021 | icon 3850
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 380 minə çatır

İyulun 2-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 73 min 621 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 33 min 992, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 39 629 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 670 min 729-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 290 min 808, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 379 min 921 nəfərdir.