Səhiyyə Nazirliyinin baş pediatrı dəyişib.
YeniAvropa Nazirliyin saytına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin baş mütəxəssislərinin siyahısında dəyişiklik edilib.
Tibb elmləri doktoru, professor, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin yerinə "İnternational Medical Center Bakı" MMC-nin "Baku Medical Plaza Klinikası"nın pediatriya və neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov təyin olunub.