COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 340 min nəfəri ötüb
İyulun 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 85 min 889 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41 min 826, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 44 min 63 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 597 min 108-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 256 min 816, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 340 min 292 nəfərdir.