logo

Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

16:47 01-07-2021 | icon 4067
Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 56 nəfər müalicə olunaraq sağalıb, 75 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 336 min 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 275 nəfər müalicə olunaraq sağalıb, 4975 nəfər vəfat edib. Aktiv xəstə sayı 872 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 758 min 131 test aparılıb. Bugünkü test sayı isə 8828-dir.