logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 296 min nəfəri ötüb

16:49 30-06-2021 | icon 6804
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 296 min nəfəri ötüb

İyunun 30-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 88 min 978 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 40 min 804, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 48 min 174 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 511 min 219-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 214 min 990, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 296 min 229 nəfərdir.