Azərbaycanda koronavirus infeksiyasından daha 26 nəfər müalicə olunaraq sağalıb, 86 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 336 min 47 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 219 nəfər müalicə olunaraq sağalıb, 4974 nəfər vəfat edib. Aktiv xəstə sayı 865 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 749 min 303 test aparılıb. Bugünkü test sayı isə 8871-dir.