Ölkə üzrə ümumilikdə 16 min 295 tibb işçisi yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində COVID-19-la Mübarizə İşçi Qrupunun hesabat iclasında Bakı Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektorunun müdiri İradə İsmayılova məlumat verib.
O, qeyd edib ki, virusa yoluxmuş tibb işçilərindən 4 min 658-i həkim, 6 min 224-ü orta tibb işçisi, 5 min 408-i isə digər tibb işçiləridir.