logo

Azərbaycanda daha 87 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

20:43 29-06-2021 | icon 6307
Azərbaycanda daha 87 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 70 nəfər müalicə olunaraq sağalıb, 87 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 335 min 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 193 nəfər müalicə olunaraq sağalıb, 4973 nəfər vəfat edib. Aktiv xəstə sayı 795 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 740 min 432 test aparılıb. Bugünkü test sayı isə 7238-dir.