logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 210 min nəfəri ötüb

16:58 28-06-2021 | icon 3206
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 210 min nəfəri ötüb

İyunun 28-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 608 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 317, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 291 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 349 min 035-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 139 min 001, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 210 min 034 nəfərdir.