logo

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 2 nəfər öldü

16:17 28-06-2021 | icon 3360
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 39 nəfər müalicə olunaraq sağalıb, 38 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 335 min 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 123 nəfər müalicə olunaraq sağalıb, 4970 nəfər vəfat edib. Aktiv xəstə sayı 781nəfərdir.

Ötən müddət ərzində 3 milyon 733 min 197 test aparılıb. Bugünkü test sayı isə 4482-dir.