COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 210 min nəfərə çatır
İyunun 27-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 54 min 695 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.
Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26 min 574, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 28 min 121 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 348 min 427-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 138 min 684, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 209 min 743 nəfərdir.