Azərbaycanda koronavirus infeksiyasından daha 58 nəfər müalicə olunaraq sağalıb, 40 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 335 min 836 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 084 nəfər müalicə olunaraq sağalıb, 4968 nəfər vəfat edib. Aktiv xəstə sayı 784 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 728 min 712 test aparılıb. Bugünkü test sayı isə 6231-dir.