logo

Azərbaycanda daha 55 nəfər  koronavirusa yoluxdu

17:39 26-06-2021 | icon 3640
Azərbaycanda daha 55 nəfər  koronavirusa yoluxdu

Azərbaycanda koronavirus infeksiyasından daha 67 nəfər müalicə olunaraq sağalıb, 55 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, son sutkada COVID-19-dan ölüm olmayıb. 

Hazırkı dövrədək ölkəmizdə 335 min 796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 26 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib. Aktiv xəstə sayı 8803 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 722 min 499 test aparılıb. Bugünkü test sayı isə 8720-dir.