logo

Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:56 25-06-2021 | icon 3724
Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 89 nəfər müalicə olunaraq sağalıb, 65 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 335 min 741 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 959 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib. Aktiv xəstə sayı 815 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 713 min 779 test aparılıb. Bugünkü test sayı isə 7728-dir.