logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 111 min nəfəri ötüb

17:16 24-06-2021 | icon 3941
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 111 min nəfəri ötüb

İyunun 24-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 66 min 10 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 36 min 942, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 29 min 68 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 146 min 350-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 34 min 554, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 111 min 796 nəfərdir.