Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb, 57 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 335 min 625 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 794 nəfər müalicə olunaraq sağalıb, 4965 nəfər vəfat edib. Aktiv xəstə sayı 866 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 698 min 172 test aparılıb. Bugünkü test sayı isə 7948-dir.