logo

Azərbaycanda əhalinin 19 %-i COVID-19-a qarşı peyvənd olunub

11:33 23-06-2021 | icon 3990
Azərbaycanda əhalinin 19 %-i COVID-19-a qarşı peyvənd olunub

Azərbaycanda əhalinin 19 faizi COVID-19 əleyhinə peyvənd olunub.

YeniAvropa xəbər verir ki, bu barədə "koronavirusinfo.az" saytı məlumat yayıb.

İyunun 22-nə olan məlumata görə,  Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 971 min 930, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 1 milyon 60 min 586 nəfər olub.

Xatırladaq ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya zamanı “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer” peyvəndləri istifadə olunur.