logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 40 min nəfəri ötüb

19:09 21-06-2021 | icon 3766
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 40 min nəfəri ötüb

İyunun 21-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 215 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 11, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 204 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 989 min 673-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 949 min 646, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 40 min 27 nəfərdir.