logo

Paytaxt havasında qaz qarışıqları sanitar normandan 3 dəfə artıqdır

15:47 05-05-2018 | icon 2422
Paytaxt havasında qaz qarışıqları sanitar normandan 3 dəfə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı operativ monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.

Departamentdən YeniAvropa-ya bildirilib ki, analizlərin nəticələrinə görə atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi məlum olub.

Mayın 4-də Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. Qoxu əsasən Xətai, Səbail, Nizami rayonlarının ərazilərində hiss olunub. Monitorinqin nəticələrinə görə, havada qaz qarışıqlarının miqdarı sanitar normanı orta hesabla 3 dəfə keçib və pis qoxu ilə müşayiət edilib.