İyunun 19-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 40 min 704 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 837, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 17 min 872 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 956 min 663-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 931 min 642, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 025 min 021 nəfərdir.