Mayın 5-də Xəzər dənizində 3,9 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:26:31-də qeydə alınıb.
Ocağı 59 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.