İyunun 18-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 76 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 23 min 774, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 14 min 302 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 915 min 954-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 908 min 805, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 7 min 149 nəfərdir.