logo

Azərbaycanda daha 60 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:45 18-06-2021 | icon 4011
Azərbaycanda daha 60 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 148 nəfər müalicə olunaraq sağalıb, 60 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 335 min 399 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 339 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat edib. Aktiv xəstə sayı 1099 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 661 min 27 test aparılıb. Bugünkü test sayı isə 7953-dür.