İyunun 17-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 556 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 25 min 546, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 13 min 10 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 877 min 878-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 885 min 31, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir.