Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais AğayevYeniAvropa-ya açıqlamasında deyib.
M.Ağayevin sözlərinə görə, fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli infrastrukturun yaradılması işləri davam etdirilir. Bu çərçivədə artıq şəhər yollarında panduslar quraşdırılır.
Dünya standartlarına uyğun tikilən pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılır. Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişəcək və sürüşməyə davamlı səthdən ibarət olacaq.
O Həmçinin qeyd edib ki, pandus layihəsinin həyata keçirilməsi, əlilliyi olan şəxslərin, uşaqların və yaşlı insanların Bakı şəhərinin küçə və prospektlərinin səkilərində hərəkətinə asanlıq yaradacaq və böyük sosial əhəmiyyət daşıyacaq.