logo

Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 12 santimetr azalıb

19:21 04-05-2018 | icon 2254
Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 12 santimetr azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 60-140, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edir.

Departamentdən YeniAvropa-ya  bildirilib ki, mayın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 367 kubmetr təşkil etməklə ongünlük normanın 51 faizinə bərabər olub. 2017-ci ildə isə bu rəqəm saniyədə 424 kubmetr olmaqla ongünlük normanın 59 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 81 kubmetr olmaqla ongünlük normanın 41 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici saniyədə 124 kubmetr təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.

Mayın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 8, Salyanda 12, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 337 (2017-ci il mayın 4-də 352 sm), Şirvanda 197 sm (2017-ci il mayın 4-də 215 sm), Salyanda 123 sm (2017-ci il mayın 4-də 138 sm), Bankədə 167 sm (2017-ci il mayın 4-də 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 53 santimetr (2017-ci il mayın 4-də 65 sm) təşkil edir.