logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 973 mini ötüb

16:56 15-06-2021 | icon 4067
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 973 mini ötüb

İyunun 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 40 min 705 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 31 min 850, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 8 min 855 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 816 min 346-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 842 min 954, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 973 min 392 nəfərdir.